"Mançester Siti" İngiltərə Super Kubokunu qazandı / VİDEO

Futbolda

5 Avqust 2018 0

"Mançester Siti" yeni mövsümdə ilk kubokunu qazandı. 

Futbolda.az xəbər verir ki, bu gün İngiltərə Super Kuboku uğrunda son premyer liqa çempionu "Mançester Siti" və İngiltərə Kubokunun qalibi "Çelsi" mübarizə aparıblar. Yeni baş məşqçi ilə ilk rəsmi matçına çıxan "Çelsi" klubu 2-0 hesabı ilə məğlub olaraq mövsümə heç də yaxşı başlamadı. 

Matçda hər iki qolu 13 və 58-ci dəqiqələrdə Mançester Siti-nin Argentinalı ulduzu Serxio Agüero vura bilib.

Beləliklə, Pep Qvardiyola Mançester Siti baş məşqçisi kimi sayca üçüncü kubokunu qazanmış oldu. Bundan əvvəl Qvardiyola son mövsümdə İngiltər Premyer Liqası və İngiltərə Liqa kubokunu qazana bilmişdir. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur