Rəsmi: Arturo Vidal Barselona'da

Futbolda

4 Avqust 2018 0

"Barselona" Arturo Vidal transferi ilə bağlı razılıq əldə etdi. 

Futbolda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kataloniya klubu artıq Çilili futbolçunun transferi üçün Bayern Münxen klubu ilə razılıq əldə edib. Futbolçu yaxın günlərdə tibbi baxışdan keçərək klub ilə 3 illik müqavilə imzalayacaq. 

Futbolçu üçün Barselona-nın 20 milyon avro ödəyəcəyi qeyd olunur. Arturo Vidal-ı həmçinin İtaliyanın İnter klubuda öz heyətinə qatmaq istəyirdi. 

Vidal Bayern Münxendə son 3 ildə keçirdiyi 124 rəsmi matçda rəqib qapılarına 22 qol vura bilib. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur