"Qarabağ"-ın bu mövsüm UEFA Çempionlar Liqası təsnifat mərhələlərində bu günə kimi qazandığı məbləğ məlum olub.
Futbolda.az xəbər verir ki, təmsilçimizin turnirin 3-cü təsnifat mərhələsinə yüksəlməsi kluba toplam olaraq 1.14 milyon avro gəlir qazandıra bilib.
Sadəcə turnirdə iştirakı üçün klub ilkin ölaraq 280,000 min avro qazanc əldə edib. 1-ci təsnifat mərhələsində Sloveniyanın "Olimpija" klubunu üstələdiyi üçün 380,000 min avro, daha 480 min avro isə 2-ci təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubunu mübarizədən kənarlaşdırdığı üçün klubun büdcəsinə UEFA tərəfindən ödəniləcək.
Beləliklə, Qarabağ FK bu mövsüm artıq büdcəsinə 1.14 milyon avro qazandıra bilib.
Qeyd edək ki, klubumuzun UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rəqibi Belarusiya-nın "BATE" klubu olacaq.