Argentina millisinin yeni baş məşqçisi məlum oldu

Futbolda

3 Avqust 2018 0

Argentina millisi 2018-ci ilin sonuna kimi Lionel Scaloni-yə həvalə olundu. 

Futbolda.az xəbər verir ki, DÇ-2018 uğursuzluğundan sonra vəzifəsini tərk edən Jorge Sampaolini bu ilin sonuna kimi müvəqqəti olaraq Lionel Scaloni icra edəcək.

Argentina futbol federasiyasının verdiyi məlumata görə bu il Qvatemala və Kolumbiya milliləri ilə baş tutacaq yoldaşlıq matçlarına milli komandanı hazırda U-20 millisini çalışdıran Scaloni çıxaracaq. 

Qeyd edək ki, Scaloni həmçinin DÇ-2018-də Argentina millisinin məşqçilər heyətində də yer almışdır. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur