"Barselona" Arturo Vidalı transfer edir?

Futbolda

2 Avqust 2018 0

"Barselona" yaxın günlərdə Arturo Vidal-ı heyətinə qata bilər. 

Futbolda.az SPORT dərcinə istinadən xəbər verir ki, Çilili futbolçu artıq Barselona ilə məvacib mövzusunda razılıq əldə edə bilib. Bu gün isə Barselona və Bayern arasında transfer məbləği ilə bağlı ilkin razılıq əldə olunduğu deyilir. 

Lakin bu transfer PSJ futbolçusu Rabiot ilə bağlılığıda mövcuddur. Əgər Rabiot Barselona ilə transfer danışıqlarına başlayarsa, kataloniya klubunun Arturo Vidal-ın transferini ləğv edəcəyi qeyd olunur. 

Qeyd edək ki, Arturo Vidal 2015-ci ildən Bayern klubunda çıxış edir və 124 matçda 22 qol vura bilib. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur