"Milan" və "Yuventus" qarşılıqlı transferlər edir

Futbolda

2 Avqust 2018 0

"Milan" və "Yuventus" klubları qarşılıqlı transfer razılaşmasını rəsmiləşdirir. 

Futbolda.az xəbər verir ki, iki klub arasında əldə olunan razılaşma əsasında Yuventus klubunun argentinalı hücumçusu Qonzala İquain "Milan" klubuna icarəyə verilir. Əvəzində isə keçən yay Milan-a transfer olunan Bonuççi yenidən "Yuventus" klubuna geri dönür. 

Qonzal İquainin ilkin icarəsi Milan klubuna 18 milyon avroya başa gələcək, lakin mövsüm sonunda Milan futbolçunun tam olaraq transferini 58 milyon avro ödəyərək həyata keçirə biləcək. 

Qeyd edək ki, İquanin Yuventusu tərk etməsinin əsas səbəblərindən biri Kriştiano Ronaldo-nun kluba transfer olunması oldu. 

Bonuççi yenidən Yuventusda

Qonzala İquain Milan klubunda


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur