UEFA Çempionlar Liqasında bu gün 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Futbolda.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Qarabağ klubu öz meydanında Albaniyanın "Kukesi" klubunu 3-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqəni təmin edə bilib.
Matçda qolları 24 və 57-ci dəqiqələrdə penalti zərbəsindən Dani Kintano 89-cu dəqiqə də isə yeni transfer Delarge vura bilib. Matçın 53-cü dəqiqəsində isə Qarabağ-ın yeni transferi Emegara penaltini qola çevirə bilməişdir.
Qeyd edək ki, "Qarabağ" 3-cü təsnifat mərhələsində Belarusun "BATE" klubu ilə qarşılaşacaq.