Mançester Yunayted-in fransalı dünya çempionu Paul Pogba "Barselona" ilə danışıqlara başlayıb.
Futbolda.az goal.com saytına istinadən xəbər verir ki, kataloniya klubunun yeni futbol direktoru Eric Abidal bir neçə gün əvvəl ABŞ-da Paul Pogba ilə görüşüb.
Son məlumatlara görə futbolçu "Mançester Yunayted-i" tərk etmək istədiyini bildirib.
Lakin Mançester Yunayted-in hazırda futbolçu ilə 2021-ci ilə qədər müqaviləsi mövcuddur.
Qeyd edək ki, bir neçə gün əvvəl Pogba-nın Yuventus-a geri qayıtmaq istədiyi xəbərləri yayılmışdır.