"Mançester Yunayted" ABŞ-da baş tutan təlim-məşq toplantısını "Real Madrid" üzərində qələbə ilə yekunlaşdırdı.
Futbolda.az xəbər verir ki, Beynəlxalq Çempionlar Kuboku çərçivəsində "Real Madrid" klubu ilə qarşılaşan Xose Mourinyo-nun yetirmələri matçdan 2-1 hesablı qələbə ilə ayrıla biliblər.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında ilk matçını 10 Avqust tarixində "Lester Siti" klubuna qarşı keçirəcək.