Yuventus klubunun Argentinalı hücunçusu Qonzala Hiquain klubu tərk edir.
Futbolda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, son illərdə Turin klubunun ən sərrast hücumçularından olan Hiquain yaxın günlərdə artıq Milan klubunun futbolçusu olacaq.
Sky Sports-un yaydığı digər məlumatda isə Milan klubunun Hiquain üçün 20 milyon avro icarə haqqı ödəyəcəyi deyilir. Hiquain isə Milan ilə illik 7.5 milyon avro məvacibli 4 illik müqavilə imzalayacaq.
Digər məlumatda isə bu anlaşma qarşılışığında Leonardo Bonuççu-nin yenidən Yuventus klubuna qayıdacağı qeyd olunur.