Rusiyalı futbolçu Aleksandr Qolavin-in yeni klubu məlum oldu.
Futbolda.az SPORT saytına istinadən xəbər verir ki, 22 yaşlı Rusiyalı futbolçu çıxış etdiyi ÇSKA klubunu tərk edərək Fransa-nın Monako klubuna transfer olunur. 2018 Dünya Çempionatında göstərdiyi mükəmməl performansından sonra bir çox top avropa klublarının maraqlandığı yarımmüdafiəçi artıq yaxın günlərdə Monako-ya gedərək müqavilə imzalayacaq.
ÇSKA futbolçu üçün 30 milyon avro qiymət qoyduğu üçün yalnız Çelsi və Monako klubları bu məbləği verməyə hazır olduqlarını bildirmişdilər. Yuventus klubu-da futbolçu ilə yaxından maraqlanırdı, lakin klub 30 milyon avro ödəməyə razı olmadı.