Rəsmi: Kriştiano Ronaldo "Yuventus" klubunda

Futbolda

10 İyul 2018 0

Kriştiano Ronaldo yeni mövsümdən Yuventus klubunun formasını geyinəcək. 

Futbolda.az kral klubuna istinadən xəbər verir ki, Portuqaliyalı ulduz futbolçu artıq yeni mövsümdən Yuventus klubunun formasında çıxış edəcək. Real Madrid klubunun yaydığı açıqlamada bu transferin futbolçunun öz istəyi ilə baş tutduğunu bildirilir. 

Yuventus klubunun yaydığı məlumatda isə futbolçu üçün iki il ərzində 100 milyon avro və üstəlik 12 milyon avro bonus olaraq ödəniş olunacaq. 

Futbolçu ilə 2022-ci ilə qədər müqavilə imzalandığı və illik 30 milyon avro məvacib alacağı qeyd olunur. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur