Braziliya millisi 2018 Dünya Çempionatının 1/4 final mərhələsinə yükəldi.
Futbolda.az xəbər verir ki, bu gün baş tutan DÇ-nın 1/8 final mərhələsinin ilk matçında Braziliya millisi Meksika üzərində 2-0 hesablı inamlı qələbə qazanaraq adını növbəti mərhələyə yaza bildi.
Matçın ilk hissəsində qapılara qol vurulmasa da, ikinci hissənin 51-ci dəqiqədə Neymar komandasını 1-0 irəli çıxara bildi. Matçın 88-ci dəqiqəsində isə Neymar-ın əla keçidindən sonra Firmino ikinci qolu Meksika millisinin qapısından keçirə bildi.
Qeyd edək ki, Braziliya millisi 1/4 final mərhələsində Belçika - Yaponiya cütünün qalibi ilə qarşılaşacaq.