Rusiyada keçirilən 2018 Dünya Çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutur.
Futbolda.az xəbər verir ki, bu gün daha iki milli komanda adını Dünya Çempionatının 1/4 final mərhələsinə yazdıra biləcək.
Günün ilk matçında mundialın bir nömrəli favoriti hesab edilən 5 qat dünya çempionları Braziliya millisi pley-off mərhələsində Meksiko millisi ilə qarşılaşır. Digər matçda isə Belçika və Yaponiya milliləri növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar.
2018 Dünya Çempionatı 1/8 Final
18.00 Braziliya - Meksiko / İdman TV
22.00 Belçika - Yaponiya / İdman TV