Rusiya millisi 2018 Dünya Çempionatının 1/4 final mərhələsində.
Futbolda.az xəbər verir ki, bu gün 2018 Dünya Çempionatının 1/8 final mərhələsində Rusiya millisi mundialın favoriti İspaniya millisini penaltilərdə məğlub edərək növbəti mərhələyə adını yazdıra bildi.
Matçın 90 dəqiqəsi 1-1 hesabı ilə başa çatdığı üçün komandalar daha 30 dəqiqə meydanda mübarizə aparamalı olublar. Lakin ekstra time-da da qapılara qol vurulmadığı üçün cütün qalibi penaltilərdə müəyyən olunub.
Penaltilərdə isə Rusiya millisinin təcrübəli qapıçısı Akinfeev İspaniya millisinin iki penaltisini dəf edərək komandasını 1/4 final mərhələsinə çıxara bildi.
Qeyd edək ki, Rusiya millisinin 1/4 final mərhələsində rəqibi Xorvatiya - Danimarka cütünün qalibi olacaq.