Uruqvay millisi DÇ-nın 1/4 final mərhələsində

Futbolda

1 İyul 2018 0

Uruqvay millisi 2018 Dünya Çempionatının 1/4 final mərhələsində. 

Futbolda.az xəbər verir ki, bu gün mundialın pley-off mərhələsinin ilk matçları baş tutub. Kriştiano Ronaldo-lu Portuqaliya millisi bu gün Luis Suarez-li Uruqvay millisinə 2-1 hesabı ilə məğlub olaraq mundialla vidalaşmalı oldu. 

Matça çox yaxşı başlayan Uruqvay yığması artıq 7-ci dəqiqədə Kavani-nin möhtəşəm qolu ilə hesabda irəli çıxa bilmişdir. Lakin ikinci hissədə Portuqaliya millisi 55-ci dəqiqədə Pepe ilə hesaba tarazlıq gətirə bildi. 

Cəmi 7 dəqiqə sonra isə Edinson Kavani möhtəşəm zərbə ilə Uruqvay millisinə qələbə gətirən qolu vura bildi. 

Beləliklə, Uruqvay millisi bu qələbədən sonra 1/4 final mərhələsində Fransa millisinin rəqibi oldu. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur