Fransa millisi DÇ-2018-in 1/4 final mərhələsinə vəsiqəni təmin etdi.
Futbolda.az xəbər verir ki, bu gün 2018 Dünya Çempionatının 1/8 final mərhələsinin ilk matçında Argentina millisi üzərində 4-3 hesabı ilə inamlı qələbə qazanan Fransa millisi artıq növbəti mərhələdə rəqibini gözləyir.
Matça çox yaxşı başlayan Fransızlar artıq 12-ci dəqiqədə Antuan Qrizmann-nın penaltidən vurduğu qol ilə hesabı aça bilmişdir. Ardınca Argentina millisi iki ardıcıl qol ilə önə keçə bilsədə, Fransa ikinci hissədə ardıcıl 3 cavabsız qol vuraraq matçın taleyini həll edə bildi.
Beləliklə Fransa millisi 1/4 final mərhələsində Uruqvay - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.