2018 Dünya Çempionatında bu gün pley-off mərhələsinin ilk matçları baş tutur.
Futbolda.az-ın yaydığı məlumata görə, günün ilk matçında Argnetina millisi mundialın favoritlərindən olan Fransa millisi ilə 1/8 final matçına çıxır. Fransa millisi öz qrupunu lider olaraq başa vurduğu tətbirdə, Argentina yığması isə çox çətin qrup mərhələsi keçirərək ikinci pillədə qrupdan çıxmağı bacardı.
Bakı vaxtı ilə 18.00-da start götürəcək matça komandalar aşağıdakı start heyətlərlə çıxacaqlar.
Fransa - Lloris, Pavard, Varane, Umtiti, Hernandez, Kante, Pogba, Mbappe, Griezmann, Matuidi, Giroud
Argentina - Armani; Tagliafico, Rojo, Otamendi, Mercado; Banega, Mascherano, Enzo Perez; Di Maria, Messi, Pavon