Rusiyada keçirilən 2018 Dünya Çempionatında bu gün 1/8 final mərhələsinə start verilir.
Futbolda.az xəbər verir ki, pley-off mərhələsinin ilk oyun günündə iki çox maraqlı matç keçiriləcək. Turnirə istedadlı heyətlə gələn və favoritlərdən sayılan Fransa millisi bu gün Lionel Messi-nin Argentina millisini sınağa çekəcək.
Digər matçda isə A qrupunda hər üç matçını qazanıb 9 xalla lider başa vuran Uruqvay millisi, Kriştirano Ronaldo-lu Portuqaliya ilə qarşılaşır.
2018 Dünya Çempionatı 1/8 Final
18.00 Fransa - Argentina / İdman TV
22.00 Portuqaliya - Uruqvay / İdman TV