Bu gün 2018 Dünya Çempionatında E qrupunda son turun matçları baş tutur.
Futbolda.az xəbər verir ki, qrupda liderliyi təmin etməyə çalışan Braziliya millisi bu dəfə güclü Serbiya yığmasına qarşı mübarizə aparmalı olacaq. Qrupda dörd xalla lider olan Neymarlı Braziliya millisinə bu matçda növbəti mərhələyə çıxmaq üçün bərabərlik bəs edir.
Serbiya millisinə isə bu matçda mütləq qələbə qazanmaq laızmdır.
Bakı vaxtı ilə 22.00-da start götürəcək matça komandalar aşağıdakı heyətlərlə çıxacaqlar.