Almaniya millisi Dünya Çempionatı ilə vidalaşdı / VİDEO

Futbolda

27 İyun 2018 0

Almaniya millisi 2018 Dünya Çempionatı ilə vidalaşdı. 

Futbolda.az xəbər verir ki, son dünya çempionları Almaniya millisi qrupun son matçında Cənubi Koreya millisinə 2-0 hesabı ilə məğlub olaraq mundial ilə vidalaşmalı oldu. F qrupunda mübarizə aparan Almaniya millisi qrupda cəmi 3 xal toplamaqla kifayətləndi. 

Qrupun ilk maçında Meksika millisinə 1-0 məğlub olan Almaniya ardından İsveç üzərində 2-1 hesablı qələbə qazana bilsə də, qrupun son matçında Cənubi Koreya millisinə gözlənilmədən 2-0 məğlub olaraq turnirlə vidalaşdı. 

F qrupunda İsveç millisi 6 xalla ilk pillədə, Meksika isə 6 xalla ikinci pillədə qrupu başa vuraraq növbəti pley-off mərhələsinə vəsiqəni təmin etdilər. 





Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur