İtaliyanın əfsanəvi Milan klubu UEFA turnirlərindən bir illik uzaqlaşdırıldı.
Futbolda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Milan klubu UEFA-nın maliyyə prisiplərini pozduğu üçün qurum tərəfindən bir illik UEFA turnirlərindən uzaqlaşdırılıb.
Milan klubu yeni mövsümdən UEFA Avropa Liqasında ki yerini Atalanta klubuna təhvil verməli olacaq. Əvəzində isə Fiorentina klubu Avropa Liqasının seçmə mərhələsində mübarizə apara biləcək.