Rusiyada keçirilən 2018 Dünya Çempionatında bu gün daha iki qrupa yekun vurulacaq.
Futbolda.az xəbər verir ki, bu gün E və F qruplarından pley-off mərhələsinə yüksələcək komandaların adlarına aydınlıq gələcək.
İlk öncə F qrupunda son dünya çempionları Almaniya millisi çox vacib bir matça çıxır, daha sonra isə Meksika millisi qrup liderliyi uğrunda İsveç millisinə uduzmamağa çalışacaq.
18.00 Meksika - İsveç / İdman TV
18.00 Cənubi Koreya - Almaniya / İdman TV
22.00 Serbiya - Braziliya / İdman TV
22.00 İsveçrə - Kosta Rika / İdman TV