Argentina millisi Dünya Çempionatının pley-off mərhələsinə vəsiqəni təmin etdi.
Futbolda.az xəbər verir ki, bu gün baş tutan D qrupunun Argentina - Nigeriya matçında 2-1 hesablı qələbə qazana Lionel Messi-li Argentina millisi qrup ikincisi kimi növbəti mərhələyə vəsiqəni təmin etdi.
Matça yaxşı başlayan Argentinalılar artıq 14-cü dəqiqədə Messi-nin gözəl qolu ilə hesabda irəli çıxa bilmişdilər. Lakin ikinci hissəyə çox yaxşı başlayan Nigeriya penaltidən hesaba tarazlıq gətirə bilmişdilər.
Lakin 86-cı dəqiqədə müdafiəçi Markos Rojo Argentina-ya qələbə gətirən qolu vuraraq komandasını növbəti mərhələyə daşıya bildi.
Qrupun digər matçında isə Xorvatiya millisi İslandiyanı 2-1 məğlub edərək qrupu maksimum xalla bitirə bildi.
Beləliklə Xorvatiya millisi 9 xalla qrup lideri olaraq, Argentina millisi isə 4 xall qrup ikincisi olaraq növbəti mərhələyə vəsiqəni təmin etdilər.
Növbəti mərhələdə Xorvatiya millisi Danimarka ilə, Argentina isə güclü Fransa millisi ilə qarşılaşacaq.
2018 Dünya Çempionatı 1/8 Final
30 İyun Fransa - Argentina