DÇ-2018 növbəti mərhələnin ilk cütlükləri məlum oldu

Futbolda

26 İyun 2018 0

Bu gün 2018 Dünya Çempionatında A və B qrupunlarında sonuncu turun matçları baş tutub. 

Futbolda.az xəbər verir ki, A qrupunda ev sahibləri Uruqvay ilə matçda 3-0 hesabı ilə məğlub olaraq qrupu ikinci pillədə bitirməli oldular. B qrupunda isə Portuqaliya və İspaniya milliləri son matçlarında qələbə qazana bilməsələrdə növbəti mərhələyə vəsiqəni təmin edə bildilər. 

Portuqaliya millisi qrupun son matçında İran millisi ilə 1-1 bərabərə qaldığı halda, İspaniya millisi Mərakeş ilə 2-2 bərabərliyə razılaşmalı oldu. 

Bu nəticələrdən sonra İspaniya millisi 5 xal ilə qrupda ilk pilləni təmin edə bildi, eyni xala malik Portuqaliya millisi isə ikinci pillə ilə razılaşmalı oldu. 

2018 Dünya Çempionatı 1/16 Final mərhələsi

30 İyun Uruqvay - Portuqaliya

01 İyul İspaniya - Rusiya 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur