Bu gün DÇ-2018 çərçivəsində G qrupunda ikinci turunun son matçı baş tutub.
Futbolda.az xəbər verir ki, ilk turda Tunis millisi üzərində 2-1 hesablı çətin qələbə qazanan İngiltərə millisi bu dəfə mundialın debutantı Panama millisini məğlub etməkdə çətinlik çekmədilər. Matçın ilk hissəsində hesab artıq 5-0 İngiltərə millisinin xeyrinə idi. İkinci hissədə isə daha bir qol vuran İngilislər matçdan 6-1 hesablı qələbə ilə ayrıldılar.
Bu qələbədən sonra aktivində 6 xalı olan İngiltərə millisi artıq son turun nəticəsindən asılı olmayaraq pley-off mərhələsinə vəsiqəni təmin etmiş oldular. Son turda Belçika millisi ilə matç isə qrup birinciliyi uğrunda olacaq.
Qeyd edək ki, bu matçda hat-trick edən Harry Kane artıq 5 qolla mundialın ən çox qol vuran futbolçusudur.