Almaniya millisi 2018 Dünya Çempionatında ikinci qrup matçında son saniyələrdə qələbə qazandı.
Futbolda.az xəbər verir ki, F qrupunda mübarizə aparan son dünya çempionları Almaniya millisi gərgin keçən matçdan Toni Kroos-un son saniyələrdə vurduğu qol sayəsində vacib qələbə qazandı.
Qrupun ilk matçında gözlənilmədən Meksika-ya 1-0 hesabı ilə məğlub olan Almanlar bu matçda qazandığı qələbə sayəsində 3 xal ilə qrupda ikinci pillədə qərarlaşıb.
Almaniya millisi qrupun son matçında Cənubi Koreya yığması ilə, İsveç komandası isə Meksika millisi ilə qarşılaşacaq.