Belçika millisi 2018 Dünya Çempionatında ardıcıl ikinci qələbəsini qazandı.
Futbolda.az xəbər verir ki, DÇ-2018-in favoritlərindən sayılan ulduzla dolu Belçika millisi bu gün qrupda ikinci matçında da inamlı qələbə qazana bildi. İlk matçda Panama millisini 3-0 məğlub edən Belçikalılar bu dəfə Tunis millisinin qapısından 5 qol keçirərək qələbə qazandı.
İlk matçda Panama millisinə iki qol vura bilən Lukaku ardıcıl ikinci matçında da iki qol vuraraq rekorda imza atmış oldu. Belə ki, 1986-ci il Dünya Çempionatından sonra ilk dəfə bir futbolçu ardıcıl iki matçda iki qol vurmağı bacardı.
Tunis millisini sonda 5-2 məğlub edən Belçikalılar qrupda 6 xalla liderliyini davam etdirirlər. Belçika millisinin qrupda son matçı isə İngiltərə millisinə qarşı olacaq.