Fransa millisi DÇ-2018-də ardıcıl ikinci qələbəsini qazandı.
Futbolda.az xəbər verir ki, C qrupunda mübarizə aparan Fransa millisi bu gün ikinci qrup matçında Peru millisini 1-0 məğlub edərək mundialın pley-off mərhələsinə vəsiqəni təmin etmiş oldu.
Matçda yeganə qolu 34-cü dəqiqədə Kylian Mbappe vura bilib. Aktivinda 6 xalı olan Fransa millisi artıq növbəti mərhələdə yerini təmin edə bilib.
Qeyd edək ki, bu qrupun digər matçında isə Danimarka və Avstraliya millilərinin matçı 1-1 hesabı ilə bitmişdir.