2018 Dünya Çempionatında bu gün D qrupunun maraqlı matçı baş tutur.
Futbolda.az xəbər verir ki, turnirin favoriti hesab edilən Argentina millisi bu gün ikinci qrup matçında Xorvatiya millisi ilə qarşılaşır.
Qrupun ilk matçında Argentina millisi İslandiya ilə 1-1 heç-heçə etdiyi halda, Xorvatiya millisi Nigeriya üzərində inamlə qələbə qazanmışdır.
Bakı vaxtı ilə 22.00-da start götürəcək matça komandalar aşağıdakı heyətlərlə çıxacaqlar:
Argentina - Caballero - Mercado, Otamendi, Tagliafico, Mascherano, Perez, Acuna, Salvio, Meza, Aguero, Messi
Xorvatiya - Subasic - Vrsaljko, Lovren, Vida, Strinic, Rakitic, Bzorovic, Rebic, Modric, Perisic, Mandzukic
22.00-da start götürəcək matçı canlı buradan izləyə bilərsiniz - Argentina - Xorvatiya / Canlı İzlə