Uruqvay millisi Suarez-in yeganə qolu ilə DÇ-2018-in pley-off mərhələsinə vəsiqəni təmin etdi.
Futbolda.az xəbər verir ki, az öncə başa çatan A qrupunun Uruqvay - Saudiyyə Ərəbistanı matçında Luis Suarez matçın 23-cü dəqiqəsində vurduğu qol ilə komandasına qələbə qazandıra bilib.
Qrupun ilk matçında Misir yığmasını 1-0 hesabı ilə məğlub edən Uruqvay artıq 6 xalla Rusiya millisi ilə birlikdə növbəti mərhələni rəsmiləşdirmiş oldu.
25 İyun tarixində isə Rusiya və Uruqvay milliləri qrupda liderlik uğrunda mübarizə aparacaqlar.