Portuqaliya millisi Dünya Çempionatı 2018 qrup mərhələsində ilk qələbəsini qazandı.
Futbolda.az xəbər verir ki, B qrupunda mübarizə aparan son avropa çempionları turnirin ikinci turunda Mərakeş millisi üzərində 1-0 hesablı qələbə qazanaraq qrupda xallarını 4-ə çatdıra bilib. Matçda yeganə qolu 4-cü dəqiqədə Kriştiano Ronaldo vurub.
Bu qələbədən sonra Mərakeş millisi turnirə vida edən ilk komanda oldu. İlk matçda İran millisinə 1-0 məğlub olan Mərakeşlilər mundialda son matçlarını İspaniya millisinə qarşı keçirəcək.
Qeyd edək ki, bu Kriştiano Ronaldo-nun mundialda vurduğu sayca 4-cü qoldur.