Rusiya millisindən növbəti qələbə / VİDEO

Futbolda

20 İyun 2018 0

Rusiya millisi Dünya Çempionatında növbəti qələbəsini qazandı. 

Futbolda.az xəbər verir ki, A qrupunda mübarizə aparan ev sahibləri Rusiya millisi mundialın ikinci turunda da qələbə qazana bildi. Misir yığması ilə qarşılaşan Rusiya 3-1 hesablı qələbə ilə artıq demək olar növbəti mərhələni rəsmiləşdirmiş oldu. 

Matçın ilk hissəsində qol vurulmasa da, ikinci hissə başlayan kimi Rusiya yığması avtoqol sayəsində hesabda irəli keçə bildi. 

İkinci qol matçın 59-cu dəqiqəsində Denis Cheryshev tərəfindən gəldi. Cəmi 3 dəqiqə sonra isə Artem Dzyuba hesabı 3-0 etdi. 

Matçın 73-cü dəqiqəsində isə Məhəmməd Salah penaltidən Misir-in matçda yeganə qolunu vura bildi. 

Bu qələbədən sonra aktivində 6 xalı olan Rusiya millisi demək olar növbəti mərhələyə vəsiqəni təmin etmiş oldu. Keçirdiyi iki matçda Rusiya millisi rəqib qapılarından toplam 8 qol keçirə bilib. Millinin ən sərrast futbolçusu isə Vilyareal klubunun üzvü Denis Cheyshev oldu (3 qol). 







Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur