Kolumbiya millisi 2018 Dünya Çempionatına məğlubiyyətlə başladı.
Futbolda.az xəbər verir ki, H qrupunda mübarizə aparan güclü Kolumbiya millisi ilk qrup matçında Yaponiya millisinə 1-2 hesabı ilə məğlub oldu. Son Dünya Çempionatının 1/4 final mərhələsinə kimi irəliləməyi bacaran Kolumbiyalılar bu dəfə gözlənilmədən Yaponiya millisinə məğlub oldular.
Matçda ilk qolu 6-cı dəqiqədə penalti zərbəsində Kaqawa vurub. İlk hissənin sonlarına yaxın Kolumbiya millisi Quintera-nın möhtəşəm cərimə zərbəsi ilə hesabı bərabərləşdirə bilsələrdə, ikinci hissənin 73-ci dəqiqəsində Osaka Yaponiya millisinə qələbə gətirən qolu vura bilib.
Qeyd edək ki, bu qrupun növbəti matçında Polşa və Seneqal milliləri qarşılaşır.