Real Madrid klubunun ulduz futbolçusu Kriştiano Ronaldo vergidən yayınıdığı üçün İspaniya dövləti tərəfindən cəzalandırıldı.
Futbolda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ronaldo İspaniya vergi idarəsi ilə razılığa gələrək 18.8 milyon avro cərimə ödəməklə 2 illik şərti həbs cəzasından azad olacaq. Futbolçu 2011-14-cü illərdə 14.7 milyon avro dəyərində vergi ödənişlərindən yayınması ilə iddiham olunurdu.
Qeyd edək ki, mətbuatda vergi məsələlərinə görə hətta Ronaldo-nun Real Madrid klubunu tərk edəcəyi deyilirdi.