"Real Madrid" yeni baş məşqçisini təqdim etdi / FOTO

Futbolda

14 İyun 2018 0

Real Madrid klubu yeni baş məşqçisini rəsmən təqdim etdi. 

Futbolda.az xəbər verir ki, bu gün baş tutan təqdim etmə mərasimində Real Madrid klubunun prezidenti Florentino Perez yeni baş məşqçi Julen Lopetegui-ni hər kəsə təqdim etdi. 

Cəmi iki gün öncə İspaniya millisini Dünya Çempionatına hazırlaşdıran Julen Lopetegui, İspaniya Futbol Federasiyasının prezidenti Rubiales tərəfindən vəzifəsindən kənarlaşdırıldı. 

Real Madrid yeni baş məşqçisini təqdim etdi

Mətbuat konfransında çıxış edən Lopetegui açıqlamasında bunladı bildirib: 

"Məqsədimiz hər zaman ki kimi bütün kubokları qazanmaqdır. Dünən mənim üçün ən pis gün idi, bugün isə ən xoşbəxt günümdür." 

"Sadiq olmaq həqiqəti söyləməkdir. Hər şey məlum olanda ilk dediyim şəxs Rubiales (İspaniya Futbol Federasiyasının Prezidenti) olmuşdu."

"Hər kəs ilə səmimi olmuşam və futbolçular məsələni çox gözəl anlayırdılar. Bu məsələnin daha fərqli çözülməsini məndə istərdim." 

"Sabah bir İspaniyalı kimi məndə onlara azarkeşlik edəcəm. Möhtəşəm bir Dünya Çempionatı olacaq onlar üçün. Komandanın bir parçası kimi hiss edirəm." 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur