Guti "Beşiktaş"a geri qayıdır

Futbolda

13 İyun 2018 0

Quti Hernandez Beşiktaş klubuna köməkçi məşqçi olaraq geri qayıdır. 

Futbolda.az xəbər verir ki, Türkiyənin Beşiktaş klubunun keçmiş futbolçusu Quti Hernandez Beşiktaş klubunda köməkçi məşqçi olaraq çalışmağa razılıq verib. 

Klub prezidenti Fikret Orman ilə danışıqlardan sonra bu vəziəfəni qəbul edən Quti, baş məşqçi Şenol Günəş-in razılığında sonra artıq məşqlərə qatılacaq. 

Qeyd edək ki, Quti Hernandez 2012-ci ildə Beşiktaş klubunda futbol karyerasını bitirdikdən sonra Real Madrid klubunun əvəzedici komandasının baş məşqçisi olaraq çalışıb. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur