Robert Lewandowski heç bir kluba satılmayacaq.
Futbolda.az xəbər verir ki, bu haqda Bayern Münxen klubunun prezidenti Uli Hoeness açıqlama verib.
Bayern klubunun 29 yaşlı hücumçusunun bu yay klubu tərk etmək istəyi haqqında məlumatları şərh edən klub prezident bu xəbərlərin əsassın olduğunu bildirib:
"200 milyon avro istəməyimiz cəfəngiyatdır. Lewandowski heş bir kluba satılmayacaq və yeni mövsümdən Bayern-də olacaq."
Qeyd edək ki, futbolçunun 2021-ci ilə qədər Bayern Münxen klubu ilə müqaviləsi mövcuddur.