"Arsenal" Türkiyəli futbolçunu transfer edir

Futbolda

11 İyun 2018 0

Arsenal klubu Türkiyəli futbolçu Çağlar Soyuncu-nu transfer etməyə yaxındır. 

Futbolda.az xəbər verir ki, bu haqda futbolçunun agenti Mustafa Doğru açıqlamasında bilidirib. 

"Hazırda futbolçu və Arsenal arasında danışıqlar gedir. Sadəcə transfer məbləğinin razılaşması qalıb." 

Bundesliqa təmsilçisi Fraiburg klubunun 22 yaşlı Türkiyəli futbolçusu Çağlar Soyuncu bu mövsüm çox yaxşı çıxışı ilə yadda qalıb.

Son məlumatlara görə futbolçu üçün 35 milyon funt sterlinq transfer məbləği ödəniləcək. 

Qeyd edək ki, Arsenal klubu yeni baş məşqçisi Unai Emeri-nin gəlişindən sonra artıq Yuventus klubundan Stephen Lichtsteiner-i öz heyətinə qata bilib. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur