Qrizman: "Qərarımı bu həftə hər kəsə açıqlayacam"

Futbolda

10 İyun 2018 0

Antuan Qrizman gələcəyi ilə bağlı hər şeyin bu həftə məlum olacağınə açıqlayıb. 

Futbolda.az xəbər verir ki, Fransa millisi və Atletiko Madrid klubunun futbolçusu Antuan Qrizman gələcək klubu ilə bağlı yekun qərarın bu həftə içində açıqlayacağını bildirib. 

27 yaşlı fransız futbolçunun Atletiko Madrid ilə 2022-ci ilə qədər müqaviləsi olmağına baxmayaraq, Barselona klubu futbolçunun 100 milyon avroluq azadqalma məbləğini ödəməyə hazır olduğunu açıqlayıb. 

ABŞ millisi ilə yoldaşlıq matçdan sonra jurnalistlərin suallarını cavablandıran futbolçu bunları bildirib: 

"Maraq göstərməniz yaxşıdır. Hələ bir həftəmiz var. Düşünürəm hər şey növbəti həftədə məlum olacaq." 

Qeyd edək ki, Fransa millisi DÇ-2018-də ilk matçını 16 İyun tarixində Avstraliya millisinə qarşı keçirəcək. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur