"Mançester Yunayted" klubu Braziliya millisinin futbolçusu Fred-in transferində Şaxtyor Donetsk ilə razılığa gəlib.
Futbolda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı Braziliyalı yarımmüdafiəçi Mançester Yunayted klubunun yay transfer pencərəsində ilk transferi olacaq.
Son 5 mövsümü Ukrayna-nın Şaxtyor Donetsk klubunda keçirən Fred, 3 dəfə Ukrayna çempionatını və 3 dəfə Ukrayna kubokunu qazana bilib.
Qeyd edək ki, futbolçu həmçinin Braziliya millisi ilə DÇ-2018'də iştirak edəcək.