Dünyanın ən bahalı futbolçularının yeni siyahısı açıqlandı (Top 5)

Futbolda

4 İyun 2018 0

CİES Football Observatory fubtolçuların ən son transfer dəyərlərini açıqlayıb. 

Futbolda.az xəbər verir ki, top 100 ən bahalı futbolçu arasında ilk pillədə Tottenham klubunun futbolçusu Harry Kane (201,2 milyon avro) qərarlaşıb. İkinci pillədə Neymar (197,5 milyon avro) və üçüncü pillədə Kylian Mbappe (186,5 milyon avro) qərarlaşıb. 

Barselona klubunun futbolçusu Lionel Messi (184,2 milyon avro) isə dördüncü pillədə qərarlaşıb. Bu mövsüm möhtəşəm oyunu ilə yadda qalan Məhəmməd Salah isə 171,3 milyon avro ilə ilk beşliyə düşə bilib. 

Portalın analitik hesablamalarına görə isə Kriştiano Ronaldo 103,4 milyon avro ilə 24-cü pillədə qərarlaşa bilib. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur