Transfer bazarında nələr baş verir?

Futbolda

3 İyun 2018 0

Yay transfer pencərəsinin açıq elan olunmasında sonra artıq bir çox klublar yeni transferlərini reallaşdırmağa başlayıblar. 

Futbolda.az olaraq sizlərə günün ən son transfer xəbərlərini təqdim edirik: 

- Bayern klubu İngiltərə millisinin qapıçısı ilə maraqlanır

İngiltərə mətbuatının yaydığı xəbərə görə Bayern Münxen klubu DÇ-2018'də İngiltərə millisinin qapıçısı Jordan Pickford-u izləmək üçün xüsusi skoutlar göndərir. Manuel Neuer-in uzun müddət zədəli olması artıq Almaniya çempionlarını yeni qapıçı axtarışına çıxamağ məcbur edir. 

- Mançester Yunayted Veratti-ni transfer etmək istəyir 

Qırmızı şeytanlar yarımmüdafiə xəttini daha da gücləndirmək üçün PSJ-dən Marko Veratti-ni transfer etməkdə israrlıdırlar. Xose Mourinyo-nun rəğbət bəslədiyi Veratti-nin transferi Mançester Yunayted üçün 86 milyon avroya başa gələcəyi deyilir. 

- Poçetinyo Real Madrid-də Zidan'nı əvəz etməyəcək 

İspaniya mətbuatının yaydığı xəbərə görə Real Madrid yeni baş məşqçi axtarışı üçün Poçetinyo-dan yan keçməli olub. Buna səbəb kimi Tottenham klubu və Poçetinyo ilə baş tutacaq danışıqların daha çox vaxt alacağıdır. 

- Real Madrid Kriştiano Ronaldo üçün 200 milyon avro tələb edir 

Don Balon dərcinin yaydığı xəbərə görə Kral klubu Mançester Yunayted-dən Ronalod-nun transferi üçün 200 milyon avro tələb edir. UEFA Çempionlar Liqası final matçından sonra jurnalistlərlə danışarkən klubu tərk edə biləcəyini bildirən Ronaldo-nun kral klubundan ilə 80 milyon məvacib tələb etdiyi deyilir. 

- Liverpul Talisca'nı transfer etmək istəyir 

Çempionlar Liqasının finalçıları Benfika klubunun hücumçusu Anderson Talisca'nı transfer etmək niyyətindədir. Bu mövsüm Beşiktaş klubunda icarədə olan Talisca möhtəşəm performansı ilə bir çox klubların maraq dairəsinə düşə bilib. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur