Liverpul klubu növbəti transferini yekunlaşdırmaq üzrədir.
Futbolda.az ingiltərə mətbuatına istinadən xəbər verir ki, Liverpul klubu fransa millisi və Lyon klubunun yarımmüdafiəçi Nabil Fekir-in transferini yekunlaşdırmaq üzrədir. Son məlumatlara görə futbolçu artıb bu gün Liverpul-a gələrək tibbi müayinədən keçəcək.
Futbolçu üçün Liverpul-un 50 milyon funt sterlinq ödəyəcəyi deyilir.
Qeyd edək ki, Liverpul artıq yay tranfer pencərəsində Monako klubundan Fabinyo-nun transferini rəsmiləşdirə bilib.