"Arsenal" onun üçün 60 milyon ödəməyə hazırdır

Futbolda

2 İyun 2018 0

Arsenal klubu yay transfer pencərəsində Bayern klubunun yarımmüdafiəçisini transfer etməyə hazırdır. 

Futbolda.az İnigiltərə mətbuatına istinadən xəbər verir ki, Arsenal klubu Bayern klubunun 23 yaşlı futbolçusu Correntin Tolisso üçün 60 milyon funt sterlinq ödəməyə hazırdır. 

Arsenal klubunun hazırkı yarımmüdafiə xətti tez-tez zədələnən Jack Vilshere və qırmızı kartlar almağa meyilli olan Xhaka-nın ümidinə qalıb. 

İyunl 2017-də Bayern Münxen klubuna transfer olunan Tolisso son mövsümdə iştirak etdiyi 40 oyunda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalmışdır. 

Bu səbəbdən Tolisso kimi bir futbolçunun Arsenal-ın yarımmüdafiə xəttini xeyri gücləndirə biləcəyi gözlənilir. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur