Rəsmi: Zinəddin Zidan "Real Madrid" klubunu tərk edir

Futbolda

31 May 2018 0

Zinəddin Zidan "Real Madrid" klubunu tərk edir. 

Futbolda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında yeni mövsümdən artıq Real Madrid klubunun baş məşqçisi olmayacağını açıqlayıb. 

Zidan istefasının səbəbini bu cür açıqlayıb: "Real”da etdiklərimiz möhtəşəmdir. Bu hekayənin bir parçası olduğum üçün xoşbəxtəm. "Real"ın baş məşqçisi olmamamağa qərar verdim. Bu qərar qəribə görünə bilər. Amma komandaya dəyişiklik lazımdır. Uğurların davamı üçün yeni nəfəsə, yeni məşqçi qərarlarına ehtiyac var. Buna görə mən bu qərarı qəbul etdim".

Qeyd edək ki, Zidan Real Madrid klubunda məşqçilik etdiyi müddətdə klub üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub.


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur