2017/18 UEFA Çempionlar Liqası finalçısı olan Liverpul ilk transferini rəsmiləşdirməyə yaxındır.
Futbolda.az xəbər verir ki, Jurgen Klopp-un komandası Monako-nun Braziliyalı yarımmüdafiəçisi Fabinyo-nu öz heyətinə qatmağa çox yaxındır.
İngiltərə mətbuatının yaydığı məlumata görə "Liverpul" artıq fiutbolçunun transferi üçün Monako ilə ödəniləcək məbləğdə razılığa gəlib. Liverpul futbolçusu üçün 50 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Fabinyo ilə Mançester Yunayted və PSJ klubları yaxından maraqlanırdılar.