Türkiyənin "Başakşehir" klubu futbolçusu Arda Turan-ı 250,000 avro cərimələyib.
Futbolda.az xəbər verir ki, Türkiyə Super Liqası matçı zamanı yan xətt hakiminə qarşı aqressiv davranışı səbəbi ilə Türkiyə Futbol Federasiyası tərəfindən 16 matçlıq cəza alan Arda Turan, ikinci cəzasını klubu tərəfindən aldı.
Başakşehir klubu bu hərəkətinə görə Arda Turan-ı 250,000 avro cərimələmək qərarına gəlib.
Qeyd edək ki, Arda Turan 2020-ci ilə qədər "Başakeşhir" klubunda icarə olaraq çıxış edir.