Qaret Bale "Real Madrid"i tərk edir?

Futbolda

27 May 2018 0

Çempionlar Liqasının final matçından sonra Qaret Beyl maraqlı açıqlamaları ilə yadda qalıb. 

Futbolda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ikinci hissədə matça daxil olub iki qol ilə komandasına kuboku qazandıran Bale ehtiyatda olmaqdan narazı olduğunu bildirib. 

"Matça start heyətdə çıxa bilmədiyim üçün çox məyus idim. Start heyətdə oynamağa layiq olduğumu düşünürəm. Yayda agentim ilə bu məsələni müzakirə edəcəm." 

Bəs əgər Qaret Bale kral klubunu tərk edərsə hansı kluba keçə bilər? 

Futbolda.az olaraq sizlərə Qaret Bale-in transfer oluna biləcəyi potensial klubların siyahısını təqdim edirik: 

1. Mançester Yunayted

Mançester Yunayted artıq iki dəfə Qaret Bale-in transferi üçün təklif göndərsə də, Real Madrid bu təklifləri rədd edib. Lakin Qaret Bale-in final matçında sonra dedikləri Mourinyo-nu mütləq hərəkətə keçməyə məcbur edəcək. 

2. Bayern Münxen

Hazırda Almaniya çempionlarının Bale kimi gənc və sürətli cinah hücumçusuna böyük ehtiyacı var. Arjen Robbe və Frank Ribery nə qədər sürətli olsalar da, 34 və 35 yaşda olmaları klub üçün heç də yaxşı əlamət deyil. 

3. Yuventus

Qaret Bale-in İtaliya Seria A-ya getmək istəyinin heç də çox olmaması İtaliya çempionlarının işini çətinə salacaq. Lakin Bale kimi bir futbolçunu transfer etməklə Yuventus UEFA Çempionlar Liqasında çoxdan gözlədikləri uğuru əldə etmək niyyətindədirlər. 

4. Tottenham

Tottenham-da parlayan Qaret Bale yenidən öz klubuna geri qayıda bilər. Lakin Tottenham kimi bir klubun Bale üçün xərcləyə biləcəyi transfer məbləğinin olmayacağı artıq indidən klubun şanslarını azaltmış olur. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur