Real Madrid UEFA Çempionar Liqası 2017/18 mövsümünün qalibi oldu.
Futbolda.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün final matçı baş tutub. Turnirin son qalibi Real Madrid İngiltərə-nin Liverpul klubu üzərində 3-1 hesablı qələbə qazanaraq turniri ardıcıl 3-cü dəfə qazanıb.
Bu Real Madrid klubunun tarixində 13-cü UEFA Çempionlar Liqası kuboku oldu. Zinaddin Zidan isə ardıcıl 3-cü dəfə məşqçi kimi Çempionlar Liqasının qalibi oldu. Bundan əlavə son 5 mövsümdə Real Madrid 4-cü kubokunu qazana bildi.
Matçdan icmalı təqdim edirik.